Çərşənbə axşamı, 07 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakıda qeyri-müntəzəm sərnişin daşıyan sürücülərə qarşı reyd keçirilib - Foto  

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin Bakı Şəhəri Dövlət Yol Polisi İdarəsi ilə birlikdə paytaxtın Xəzər rayonunun Binə qəsəbəsində qeyri-müntəzəm sərnişindaşıma ilə məşğul olan şəxslərə qarşı reyd keçirib.

Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi məlumat yayıb.

Məqsəd həmin daşıyıcıların oktyabrın 1-dən qüvvəyə minmiş icazələr əsasında fəaliyyət göstərməyə cəlb edilməsi, bu barədə maarifləndirilməsidir. Qeyd olunub ki, qanunvericiliyin tələbinə əsasən ölkə daxilində qeyri-müntəzəm sərnişindaşıma, eləcə də yükdaşıma ilə məşğul olan şəxslər mütləq qaydada buraxılış vəsiqəsi əldə etməlidirlər. Buraxılış vəsiqəsini AYNA 7 il müddətinə verir və bunun üçün heç bir ödəniş tələb olunmur.

Qeyri-müntəzəm sərnişin daşımalarına buraxılış vəsiqəsini müvafiq sənədləri elektron qaydada AYNA-ya təqdim edərək almaq mümkündür. Bunun üçün agentlik “AYNA” İnformasiya Sisteminin “Daşıyıcılar” altsistemini istifadəyə verib. İstifadəçilər “e-xidmet.ayna.gov.az“ portalına daxil olaraq, avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımaları sahəsində icazənin verilməsi üçün müraciət bölməsini seçməlidirlər.

Ölkədaxili sifarişli daşımaların icazə əsasında tənzimlənməsində əsas məqsəd avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımaları xidmətləri istehlakçılarının qanuni maraqlarının qorunması, bu sahədə təhlükəsizliyin, ətraf mühitin və əməyin mühafizəsinin təmin olunmasıdır.

Poliqon.info

 




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ədalət Şükürov həyat yoldaşı ilə birgə - Foto

DYP-nin “yol tənzimləmələri” və sürücülərin müsibətləri...

Bakıda həkim qadının bıçaqlanması ilə bağlı bəzi təfərrüat

Qəzada ölən qadın yenicə direktor vəzifəsindən azad edilibmiş

Əhməd Cavadın nəticəsi: “Stalinin kim olduğunu soruşanda nənəm dedi ki, onun adını çəkmə!”

Almaniya Rusiyadakı səfirini geri çağırdığını təsdiqləyib - Yenilənib

ABŞ səfiri: Mən bu gün Şuşada olmaqdan xoşbəxtəm - Video

Yeni Rusiya imperiyasının qaçılmaz süqutu - İmperiyanın məhvinə rəhbərlik edən isə Putindir...

“Gömrükçü” külli miqdarda pulu mənimsədi: Həbs edildi

Dünyada İT-yə xərclənən vəsait 5 trilyon dolları keçəcək

Ən çox oxunanalar